Azərbaycanda regionların kreditləşməsi illik müqayisədə 494 mln. manat və yaxud 20% azalaraq bu il fevralın 1-nə 1 977 443,9 min manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir ki, bu, ölkə üzrə kredit qoyuluşunun 17%-i deməkdir.
Eləcə də bax: Sərt kredit tələbləri işləmədi – GERİ ADDIM ATILIR
Son nəticədə kreditləşmədə regionların xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 2,18 faiz bəndi artıb.
Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (465,6 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 20,9%) bu regionda müşahidə olunub. Halbuki yanvar ayının yekununda regionlar üzrə kredit faizlərin yuxarı həddi 22,7% olub.