Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Sənan Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.
AMB 32 sığorta agentinin lisenziyasını - DAYANDIRDI
FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 40-dən 39-a düşüb.
Xatırladaq ki, "Sənan Kredit İttifaqı" 2010-cu ildə, Lənkəran rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır. (Report)