Vergi ödəyicisi qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi illik gəliri 30.000 manatadək olduqda 14 faiz, 30.000 manatdan yuxarı olduqda 30.000 manatdan yuxarı məbləğin 25 faizi həcmində gəlir vergisi ödəyib. Vergi Məcəlləsində qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsində dəyişiklik varmı?
ELƏCƏ DƏ BAX: Şirniyyat evi vergini necə ödəyəcək? – İZAHAT
FED.az-ın məlumatına görə, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, illik gəlirin həcmindən asılı olmayaraq qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.
Hsabat ili ərzində əldə olunan gəlirlər üzrə növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisinin bəyannaməsi vergi orqanına təqdim edilir.
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergi belə olacaq- QAYDA
20:13
5 Fev 2019