"Plato Menecment İnvestisiya Şirkəti" ASC adını "Plato Capital and Co. İnvestisiya Şirkəti"nə dəyişib.
FED.az xəbər verir ki, bu barədə maliyyə bazarındakı mənbəyə istinadən xəbər verilir.
Xatırladaq ki, bu maliyyə qurumu 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə isə "Plato Menecment"ə dəyişib. Onun nizamnamə kapitalı 580 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur.
Eləcə də bax: Azərbaycanla BVF arasında məsləhətləşmələr bərpa olunur