Gələn ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsi üçün 6 milyon manat ayrılacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə” imzaladığı Fərmanda əksini tapıb.
Bu, 2024-cü illə müqayisədə 1 milyon manat, yəni 20 faiz çoxdur.