2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına istehlakçıların və investorların 11 915 müraciəti daxil olub.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötənilki hesabatında bildirilir.
Sənədə əsasən, müraciətlərin 9 374-ü və yaxud 78,7%-i bank, 2 160-ı və yaxud 18,1%-i sığorta, 381-i və yaxud 3,2%-i isə qiymətli kağızlar sektoru ilə bağlı olub.
Palata şikayətləri araşdırdıqdan sonra nəzarət subyektlərinə 613 icrası məcburi olan göstəriş verib. Bunun 314-ü kapital bazarları, 287-si sığorta sektoru, 12-si isə bank sektoru ilə bağlı olub.