Banklar kreditlərin anderaytinqinə fərqli yanaşırlar. FED.az xəbər verir ki, bu fikirləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin sədri İbrahim Alışov açıqlayıb.
Palata sədrinin sözlərinə görə, müştərilər əvvəlki kimi borclanmaq iqtidarında deyillər: “Bilirsiniz ki, Palatanın müəyyənləşdirdiyi sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri var. Eyni zamanda risklərin idarəedilməsi ilə bağlı Palata tərəfindən fərqli tələblər irəli sürülüb. Buna görə də bankar kredit verməkdə çətinliklər çəkirlər. Banklarda hesabatlılıq şəffaf olmalı və korparativ idarəetmə sistemi tətbiq edilməlidir. Potensial borcu olanlar bizneslərini tam şəffaf idarə etməlidirlər. Görürsünüz ki, son dövrlərdə maliyyə qurumlarının hesabatlılığı yüksəlib, çünki Plata bu tələbi onların qarşısında qoyub və düşünürük ki, biz buna nail olmuşuq.
Palata: "Müştərilər əvvəlki kimi borclanmaq iqtidarında deyillər"
09:20
7 Mart 2018