Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Beynəlxalq əlaqələr və kommunikasiya idarəsinə Zəng mərkəzinin operatoru vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Ali təhsil (iqtisadiyyat, beynəlxalq münasibətlər, jurnalistika, ictimaiyyətlə əlaqələr və digər əlaqədar sahələr üzrə);
• Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
• Yaxşı səviyyədə ingilis və rus dilli bilikləri;
• Microsoft office proqramlarında işləmək bacarığı;
• Operativlik, təşəbbüskarlıq, problemləri həll etmə, analitik düşüncə.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR
• Daxil olan zəngləri cavablandırmaq və ya lazım olduqda yönləndirmək;
• Müəyyən bank və sığorta xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək;
• Bank və sığorta xidmətləri ilə bağlı ünvanlanmış müraciətlərin həllində səlahiyyətləri çərçivəsində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək;
• Daxil olan zənglərin nəticələri və sayları barədə gündəlik, aylıq və illik hesabatlar hazırlamaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.