Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Korporativ xidmətlər departamentinin Maliyyə və satınalmalar idarəsinə Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Ali təhsil (Maliyyə,mühasibat uçotu,ümumi iqtisadiyyat);
• Analoji sahə üzrə 3 il iş iş təcrübəsi;
• Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis dili, rus dili arzuolunandır;
• MS Office. 1C Mühasibatlıq 8.2.,8.3, İnternet Explorer;
• Beynəlxalq Maliyyə Hesabatlılığının Standartlarına dair sertifikat (arzuolunandır);
• Mühasibat və maliyyə sahəsində tələb olunan bacarıqlar, stressə davamlılıq;
• Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi;
• Müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin həlli, və.s.;
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
• Podratçı və nəzarət subyektləri ilə qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
• Əmək haqqının hesablanması və ödənilməsi (o cümlədən: məzuniyyət haqları, ə/q itirilməsi və sair müavinətlərin və digər hesablamaların hazırlanması);
• Xidməti ezamiyyələrlə bağlı hesablaşmaların aparılması və müvafiq avans hesabatlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmalara nəzarət;
• Təhtəlhesab şəxslərlə hesablaşmalar və avans hesabatlarıının tərtibi;
• Gəlirlərin və xərclərin uçotunun “1C Mühasibatlıq” proqram təminatına daxil edilməsi;
• Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin balansa alınması və müvafiq amortizasiya hesablamalarına nəzarət;
• Aidiyyatı üzrə daxil olan məktubların cavablandırılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.