Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Sığorta fəaliyyətinə nəzarət departamentinin Həyat sığorta infrastrukturuna nəzarət idarəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
- Ali təhsil (Riyazi, maliyyə, iqtisadi);
- Yaxşı səviyyədə ingilis dili (Rus dili arzuolunandır);
- Sığorta sahəsində 3 il iş təcrübəsi arzuolunandır;
- Sığorta qanunvericiliyi;
- MS Excel proqramından yüksək səviyyədə, digər MS Office proqramlarından orta səviyyədə istifadə bacarıqları;
- Aktuar hesablamalar;
- Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik və gərgin iş rejimində işləmək bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, analitik düşüncə.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR
- Sığorta bazarının təhlili və diaqnostikası;
- Sığorta bazarının inkişaf etdirilməsi və prudensial normativlərin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması;
- Prudensial hesabatların aktuar və maliyyə istiqamətləri üzrə təhlili;
- Daxil olan sorğu və məktubların cavablandırılması;
- Nəzarət subyektlərinin qanunvericiliyin tələblərinə riayət etmələrinin yoxlanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.