Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondundan büdcəyə 7 309,7 milyon manat vəsait transfert edilib.
Eləcə də bax: Maliyyə Nazirliyindən dövlət büdcəsinin icrasına dair - OPERATİV MƏLUMAT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin bildirdiyinə görə, bu, proqnoza nisbətən 1 840,3 milyon manat və yaxud 2,1% azdır.
Proqnozun tam yerinə yetirilməməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin büdcə proqnozunu artıqlaması ilə icra etməsi və büdcə kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması ilə bağlıdır.
Xatırladaq ki, 9 ay ərzində Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 6 354,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1 066,7 milyon manat və yaxud 20,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 681,6 milyon manat və yaxud 12% çoxdur. Həmin vəsaitin 73,9%-i və yaxud 4 692,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrünə nisbətən 442,8 milyon manat və yaxud 10,4% çox olub.
Hesabat dövründə Dövlət Gömrük Komitəsinin xətti ilə isə büdcəyə 3 193,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 352,2 milyon manat və yaxud 12,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 238 milyon manat və yaxud 8,1% çoxdur.