Samir Əbülfət oğlu İsmayılov Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının sədri təyin olunub.
FED.az xəbər verir ki, Samir İsmayılov bu vəzifədə Cavid Nəzərovu əvəzləyib. Nəzərov Maliyyə Bazarlarına Nəzarət Palatası Kapital Bazarlarına Nəzarət Departamentinin direktoru vəzifəsindən istefa verib. S. İsmayılov MBNP-də onun vəzifəsini müvəqqəti olaraq icra edir.