Mərkəzi Bank 2017-ci ili 3 milyard 513 milyon 453 min manat xalis mənfəətlə yekunlaşdırıb. FED.az xəbər verir ki, bu, 2016-cı ilin yekunu ilə müqayisədə 8,7 dəfə artım deməkdir.
Hesabata əsasən, ölkənin “baş bankının” faiz gəlirləri 159 milyon 80 min manat, faiz xərcləri isə 282 milyon 126 min manat olub. Nəticədə Mərkəzi Bank 123 milyon 46 min manat faiz zərəri ilə qarşılaşıb. Halbuki, 2016-cı ilin yekununda 24 milyon manat mənfəəti vardı.
Audit nəticələrinə görə, AMB-nin haqq və komissiya gəlirləri 14 milyon 126 min manat təşkil edir. Komissiya və haqq xərcləri isə 3 milyon 871 min manat olub. Nəticə də xalis haqq və xalis komissiya gəlirləri 10 milyon 255 min manat həcmində formalaşıb. Dövlət Neft Fondundan 3 milyard 949 milyon 485 min manat məbləğində transfer Mərkəzi Bankın mənfəət problemini həll edib. Nəticədə digər xərclər çıxıldıqdan sonra Mərkəzi bankın mənfəəti 3 milyard 513 milyon 453 min manat səviyyəsində formalaşıb.
İlhamə Abdullayeva
Mərkəzi Bankın xilaskarı Neft Fondu oldu – MƏNFƏƏT
16:43
30 Aprel 2018