Məzkəzi bankın banklara verdiyi kreditlərin həcmi 11 dəfə azalıb.
FED.az Mərkəzi bankın auditi üzrə nəticələrə əsasən xəbər verir ki, 2018-ci il 1 yanvar tarixinə banklara verilmiş kreditlərin həcmi 400 milyon 869 min manat olub. Halbuki, 1 yanvar 2017 ci il tarixinə bu rəqəm 4 milyard 61 milyon 362 min manat təşkil edirdi.
Eləcə də bax: Mərkəzi Bankın aktivləri azaldı - AUDİT HESABATI
Ölkənin Mərkəzi Bankı eyni zamanda törəmə maliyyə alətlərini 2 milyon 191 min manatdan 123 min manata salıb. 1 yanvar 2018 ci il tarixə dövlətin borc öhdəlikləri “0” olub. Ötən ilin eyni dövründə isə bu məbləğ 244 milyon 240 min manat təşkil edirdi. Banklara verilmiş kredit portfelinin azalması həm də Mərkəzi Bankın cəmi aktivlərinin azalmasınada təsir göstərir.
İlhamə Abdullayeva
Mərkəzi Bank "seyfini bağladı": 11 DƏFƏLİK AZALMA
16:30
30 Aprel 2018