Mərkəzi Bank valyuta hərracı keçirir. FED.az xəbər verir ki, Blumberq terminalı üzərindən olan hərraca yüksək məbləğdə, yəni 55 milyon həcmində dollar çıxarılıb.
Qeyd edək ki, adətən Mərkəzi Bank hərraca 35 milyon dollar çıxarırdı. Bu dəfəki hərraca daha çox dollar təklifi edib.
Burada dünən keçirilən depozit hərracında manat üzrə tələbin çox olması da rol oynaya bilər. Çünki banklar izafi manatı ya depozitə, nota yerləşdirir, ya da dollara çevirirlər.
İlhamə Abdullayeva
Mərkəzi Bank satışa daha çox dollar çıxartdı - HƏRRAC
12:15
24 Aprel 2018