Maliyyə

Mərkəzi Bank faiz qərarını - AÇIQLADI

Mərkəzi Bank faiz qərarını - AÇIQLADI | FED.az
11:44 1 Fev 2019

1 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 bənd endirilməsi haqında qərar qəbul etmişdir. Beləliklə, uçot dərəcəsi 7.75%-dən 9,25%-ə enib.

 

DEKABRDA UÇOT DƏRƏCƏSİ DƏYİŞMƏZ SAXLANILMIŞDI

26 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılıb.

 

SONUNCU DƏFƏ FAİZ OKTYABRDA ENDİRİLMİŞDİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 30 oktyabr 2018-ci il tarixində uçot dərəcəsinin 10%-dən 9.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə ±2%-lik dəhlizdə (yuxarı hədd 11.75%, aşağı hədd 7.75%) müəyyənləşdirilib.

Digər xəbərlər