Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
FED.az xəbər ki, hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 8,01% – 10,99% aralığında müəyyən olunub.
Xatırladaq ki, Mərkəzi Bank əvvəlki hərraclarda 200-250 milyon manat tələb edirdi. Tələb isə 1 milyard manatdan yüksək olurdu.
Qeyd edək ki, son günlər ölkədə dollara tələbat artsa da, bu vəziyyət bankların manata marağını azalmayıb.
Dünən, aprelin 12-də Mərkəzi Bankın qısa müddətli notlarının keçirilməsi üzrə hərracda 200 milyon manatlıq not üçün təqribən 3 qat artıq – 592 milyon manat sifariş verilib.
Notların gəlirliyi də dəyişməyib – bundan əvvəlki hərraclarda olduğu kimi - illik 8%.