Azərbaycanda yaxın vaxtlarda valyuta tənzimlənməsi sahəsində yeniliklər gözlənilir.
Eləcə də bax: Artıq dolları satmağa başlayıblar – MƏRKƏZİ BANK
FED.az-ın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, atılacaq addımlar Maliyyə Sabitliyi Şurasında müzakirə ediləcək.
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirədə çıxış edən Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank maliyyə sabitliyi sahəsində situasiyanı izləyir və burada qarşıya çıxan problemləri Maliyyə Sabitliyi Şurasında müzakirəyə çıxaracaq: «Bütövlükdə pandemiyadan əziyyət çəkmiş sahələrə Mərkəzi Bankın müntəzəm yumşaltma tədbirləri, yəni hökumətin atdığı addımlarla sıx əlaqədə tətillərin verilməsi məsələlərinə baxılıb. Bu günlərdə Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsini planlaşdırırıq. Biz bu təklifləri, o cümlədən də valyuta tənzimlənməsi sahəsində atacağımız addımları Maliyyə Sabitliyi Şurasının müzakirəsinə çıxarandan sonra Sizə məruzə olunacaq və ondan sonra lazımi addımlar atılacaq»-deyə baş bankir dövlət başçısına bildirib.