Mart ayındakı dollar ajiotajından sonra apreldə əks proses başlayıb.
Eləcə də bax: Mərkəzi Bank bu il banklara 627 milyon manatlıq - DƏSTƏK VERİB
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirib ki, mart ayındakı proseslərdən sonra fiziki və hüquqi şəxslərin depozitlərində dolların payı artıb: «Dollarlaşma fiziki şəxslər üzrə 2,8 faiz, hüquqi şəxslər üzrə 1,4 faiz yüksəlib».
«Amma artıq aprel ayının birinci ongünlüyünün monitorinqi göstərir ki, artıq əks proses, dedollarizasiya trendləri başlanıb. Bu, onu göstərir ki, həm əhalimizin, həm də biznesin milli valyutanın məzənnəsinə olan inamı artıq bərpa olunmaqdadır»-deyə baş barkir bildirib.