Azərbaycanda kreditlərin dollarlaşması azalmaqda davam edir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, bu il martın 1-nə ölkə üzrə kredit portfelinin 39,4%-ni xarici valyutada, o cümlədən ABŞ dollarında verilmiş kreditlər təşkil edib. Bu nisbət fevralın 1-nə 40,8%, ilin əvvəlinə isə 40,9% olub.
Fevralın sonuna xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 19,6% təşkil edib. Bu nsibət yanvarın sonuna 18,7%, ötən ilin sonuna isə 17,4% təşkil edib.