Xəbər verildiyi kimi, Azərbaycan vətəndaşlarının devalvasiya nəticəsində artan borclarının böyük hissəsi dövlət büdcəsi hesabına ödəniləcəkdir. Birinci devalvasiya tarixinə qalıq borcu 10 min dollaradək olan vətəndaşlar 1 dollar kredit borcuna görə 25 qəpik, ikinci devalvasiya tarixinə qalıq borcu 10 min dollaradək olan vətəndaşlar isə 1 dollar kredit borcuna görə 60 qəpik kompensasiya alacaqdır.
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət büdcəsindən ödəniləcək kompensasiyanın məbləğini açıqlayıb.
“İlkin qiymətləndirmələrə görə, kompensasiya məbləği 670 milyon manat təşkil edəcəkdir”,- Vüsal Qasımli bildirib.
Eləcə də bax: İdarə rəisi: “Borca görə cinayət məsuliyyətinə cəlb edilənlər 10 min dollardan çox krediti olanlardır”
©Marja