Azərbaycanda ticarət, xidmət, inşaat, rabitə və nəqliyyat sektorlarına verilən kreditər azalarkən, kənd təsərrüfatına verilən kreditlər artıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin Yanvar ayında kənd təsərrüfatı və emal sektoruna verilən kreditlər 20 milyon manat artaraq 449.2 milyon manata çatıb.
Dekabr ayının sonu ilə müqayisədə Yanvarda ticarət və xidmət sektoruna verilən kreditlər 36,1 milyon manat azalaraq 2 milyard 33.1 milyon manata, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 9,8 milyon manat azalaraq 305.7 milyon manata, inşaat və əmlaka verilən kreditlər 0,8 milyon manat azalaraq 545.4 milyon manata, nəqliyyat və rabitə sektoruna verilən kreditlər 6,3 milyon manat azalaraq 1 milyard 120.4 milyon manata, ev əsərrüfatlarına verilən kredilər 83,7 milyon manat azalaraq 4 milyard 522.8 milyon manata geriləyib.
Sənaye və istehsal sektoruna verilən kreditlər Yanvarda cüzi - 0,2 milyon manat artaraq 621.4 milyon manata qalxıb.