Maliyyə Bazarlarına Nəzarət Palatası "Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda dəyişikliklər edib.
FED.az-ın məlumatına görə, bu Qayda kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi qaydasını müəyyən edir.
ELƏCƏ DƏ BAX: «Girovun qiyməti kreditdən 150 manat artıqdırsa, bu artıq təminatlı kredit sayılır»
Kredit tarixçəsi məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün lazım olan digər məlumatların məcmusudur. Kredit tarixçəsinin subyekti barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsdir.
Dəyişiklik kredit tarixçəsi subyektinin razılığının alınması ilə bağlıdır. Beləliklə, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.
Kredit borclarına dair – YENİLİK
20:23
13 Fev 2019