Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
FED.az-ın məlumatına görə, Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:
- Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrasına dair;
- Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair;
- Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın təşkili vəziyyətinə dair.
ELƏCƏ DƏ BAX: "Bankdan adıma 23 milyon manat kredit götürülüb"
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
Komitə və Nazirlikdə yoxlama aparılıb - RƏSMİ
20:01
18 Fev 2019