“Kapital Bank” ASC səhmdarlarının 12 aprel 2019-cu il saat 11.00-da ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq “Kapital Bank” ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) keçiriləcəkdir.
Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
• “Kapital Bank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması haqqında.
• “Kapital Bank” ASC tərəfindən 2018-ci ilin maliyyə fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi haqqında.
• Digər məsələlər.
“Kapital Bank”ın sahibləri qazanclarını böləcəklər

09:14
22 Fev 2019