İran Rialın dollar qarşısında dəyərdən düşməsinin qarşısının alımaq üçün Dollar/Rial məzənnəsini 42 min rialda bərkitdi.
İran dövlət televiziyasının xəbərinə görə, valyuta bazarlarındakı sərt dalğalanmalar ilə əlaqədar olaraq Prezident Həsən Ruhaninin sədrliyi ilə fövqəladə toplantı keçirilib.
FED.az xəbər verir ki, toplantıdan sonra mətbuata açıqlama verən Prezidentin Birinci müavini İshaq Cahangiri, verilən qərar ilə dolların məzənnəsinin bu gündən etibarən 42 min rial olaraq müəyyənləşdirildiyini deyib.
Ölkədə valyuta təmini məsələsində təlaşa gərək olmadığını qeyd edən Cahangiri, açıqlanan qiymətin üzərində valyuta satışı həyata keçirilməsinin "valyuta qaçaqmalçılığı" sayılacağını bildirib.
Son həftələr İran rialı Dollar qarşısında kəskin aşağı düşüb. 50 min rial sərhədini keçən dollar dünən sərbəst bazarda 60 min rialı da keçmişdi.