İran hökumətinə bağlı IRNA xəbər agentliyi, İran ilə Türkiyə arasındakı ilk pul mübadiləsinin (valyuta swap-ı) dünən baş verdiyini bildirib. Beləliklə iki ölkənin pul vahidləri, ilk dəfə ABŞ dolları və ya Avro kimi üçüncü bir rezerv pul vahidinə ehtiyac olmadan mübadilə edilib.
İran rialı və Türk lirəsi son dövrlər xeyli dəyərdən düşüblər. IRNA-ya danışan İran Mərkəz Bankının rəsmiləri, bu gedişlə iki ölkə arasındakı ticarətin və bank əməliyyatlarının asanlaşacağını, valyuta məzənnəsi riskinin isə azalacağını bildiriblər.
İki ölkənin ticarətdə öz valyutalarını istifadə etmələri Prezident Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin Oktyabr ayında İran səfərində də gündəmə gəlib, ölkələr valyuta mübadiləsi müqaviləsi imzalamışdı.