İdealKredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 100 min manat xalis mənfəətlə başa vurub.
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən təxminən 14,5% azdır.
Ötən il “İdealKredit”in gəlirləri 793 min manat, o cümlədən faiz gəlirləri 756 min manat, xərcləri 534 min manat, o cümlədən faiz xərcləri 199 min manat, xüsusi ehtiyatlara ayırmaları 99 min manat, mənfəət vergisi ödəmələri isə 61 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “İdealKredit”in aktivləri 3,682milyonmanat olub ki, bu da illik müqayisədə 19% çoxdur. Bunun 3,091milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 13,9% böyüyüb.
Hesabat dövründə “İdealKredit”in öhdəlikləri 22,15% artaraq2,686 mln. manata çatıb. Bunun 1,719 mln. borc vəsaitləridir. Ötən il BOKT-un aldığı borclar 61,7% artıb.
İl ərzində “İdealKredit”in balans kapitalı isə 11,2% artaraq 995 min manat təşkil edib.