19.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 009,98 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir.
FED.az xəbər verir ki, Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.
Eləcə də bax: Mərkəzi Bank Rəqəmsal İdentifikasiya Sistemi yaradır
Xəbər verdiyimiz kimi, 12.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 131,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Hərrac ilə 200 milyon manat cəlb edilib.
05.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 133,3 milyon manat (rekord), hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.
Tələbin böyük olması banklarda likvidliyin yüksək olduğuna işarədir. Banklar nağd vəsaitlərini real sektora ötürməkdə çətinlik çəkirlər.