“GOLD FİNANCE” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri dəyişib.
FED.az xəbər verir ki İdarə heyətinin sədri Əsgərov Vasif Məhərrəm oğlu öz ərizəsinə əsasən tutduğu vəzifədən uzaqlaşıb. Əvəzinə isə Quliyev Babək Mahir oğlu təyin edilib.
Xatırladaq ki, “GOLD FİNANCE” BOKT MMC 11 dekabr 2013-cü ildən fəaliyyət göstərir. Həmin tarixdən bu günə İdarə Heyətinin sədri Əsgərov Vasif Məhərrəm oğlu olub.