Azərbaycan Bank Tədris Mərkəzi bu ilin aprel ayının 4-dən etibarən maliyyə sahəsində çalışan işçilər üçün “Biznes planların hazırlanması və təhlili” adlı təlimə başlayır.
Mərkəzdən FED.az a verilən məlumata görə, aprelin 6-dək davam edəcək təlimdə iştirakçılar biznes plan və onun mahiyyəti, biznes planın strukturu, biznes planın hazırlanması üçün hazırlıq, eləcə də biznes planın hazırlanması üçün məlumat mənbələrinin müəyyən olunması, məlumatların toplanması, maliyyə ehtiyaclarının müəyyənləşdirilməsi və digər mövzularda məlumatlar veriləcək. Təlimin sonunda iştirakçılar müvafiq testlərdə də keçəcək.
Qeyd edək ki, 4 modul üzrə keçirilən təlim ödənişlidir və bir iştirakçı üçün 300 manat təşkil edir.
Gələn həftədən “biznes planların hazırlanması və təhlili” başlayır
18:35
29 Mart 2018