Ötən həftə Türkiyədə Dollar 7% bahalaşaraq 5.84 Türk Lirəsi səviyyəsinə qədər yüksəlmişdi.
FED.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Yenikapıdakı mitinqində məzənnə ilə bağlı olaraq deyib:
"Bu günlərdə bəziləri kursu qaldırmağa başladı. Ey maliyyə sektorunun içində olanlar, bazardan valyutanı yığıb, "kurs yüksələcək, belə olacaq" bu cür provokatif hərəkətlər ilə məşğul olursunuzsa, bunun əvəzini çox ağır ödəyəcəksiniz. Seçkinin ərəfəsində bu cür hərəkətlər edənlərə səslənirəm: Hamınızın şəxsiyyətini bilirik. Hamınızın nələr etdiyini bilirik. Bu anda BDDK və SPK bəzi addımlar atdı. Amma bunu bilin ki, seçkidən sonra bunun fakturasını sizə ağır kəsəcəyik. Bütün işlər Xəzinə və Maliyyə Nazirliyi tərəfindən icra edilir, məsləhətçilərimiz də işləyir".
Bu gün Dollar/TL məzənnəsi 1.5%-ə yaxın enişlə 5.67-yə düşüb.
Keçən həftə Cümə gününə Dollar/TL məzənnəsi 5.46 səviyyələrində başlamışdı. Daha sonra məzənnə 5.84 səviyələrini görmüşdü. Analitiklər Türk lirəsinin dəyərdən düşməsini ABŞ-ın Golan təpələri barədə açıqlaması və Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarındakı azalma ilə əlaqələndirmişdilər.
marja
Ərdoğan: "Seçkidən sonra bunun əvəzini çox ağır ödəyəcəksiniz"
12:00
25 Mart 2019