Litecoin (LTC) bazarda Bitcoin-ə alternativ olan ən yaxşı coin kimi tanınır. Bitcoin-dən bir neçə il sonra çıxarılan kriptovalyuta aparıcı kriptovalyutalarla eyni səviyyəyə çatdı. Ancaq Litecoin hazırda sərmayəçilərinə, istifadəçilərinə və treyderlərə uyğun bəzi fərqli xüsusiyyətlər təklif edir.
Bazarda yaşanan son eniş nəticəsində Litecoin-in qiyməti 122.7 dollara qədər endi. Böyük düzəlişdən sonra ucuzlaşan coin bazardakı investorlara bir alış imkanı təklif edir. Bu fürsət analitiklər tərəfindən bir neçə səbəblə əlaqələndirilir. Onları sizə təqdim edirik.
Daha yeni və daha yaxşı Bitcoin
Əksər insanın Bitcoin investorlarının hekayələrindən dolayı altcoinlərə sərmayə qoymaları faktdır. Hazırki investorların da əksəriyyəti ucuz coinlər alıb milyonçu olmaq istəyir. LTC bunu reallaşdırmaq potensialına malikdir. Litecoin “proof-of-work” alqoritmini istifadə edir. Həmçinin, CPU və GPU mədənçilərinə imkan verir. Bitcoin-dən daha sürətlidir. LTC 300 dollardan 100 dollar səviyyəsinə qədər endi, ancaq sabit olduğu üçün digər coinlərdən daha yaxşı vəziyyətdədir.
Abra tətbiqi ağıllı müqavilələr üçün Litecoin şəbəkəsini istifadə edir
Abra istifadəçilərin qiymət-kripto, kripto-qiymət və kripto-kripto cütlükləri ilə ticarət etməsinə şərait yaradan tətbiqdir. Abranın 20 kriptovalyuta və 50 valyutaya çıxış imkanı var. Buna baxmayaraq, Abrada əməliyyat reallaşdırmaq üçün ilk olaraq Litecoin satın alınmalıdır. Abra alqı-satqı əməliyyatlarında ağıllı müqavilələrdən istifadə edir. Bunun üçün isə Litecoin şəbəkəsindən yararlanır.
Litecoin Core-nun bazara çıxarılması
Litecoin-in bazarda qiymət enişinə məruz qalmasının səbəbi Litecoin Core-nun bazara çıxarılması oldu. Şəbəkə, istifadəçilərin Litecoin-ə güvənməyə davam etməsini və coinin qiymətinin 100 dollar civarında müəyyən olunmasını təmin edib. Bu, Litecoin-in bir kriptovalyuta kimi sabitliyinin göstəricisidir.
“Gemini” birjası artıq Litecoin-i öz siyahısına alıb
Vinklevoss qardaşlarının sahibi olduğu “Gemini” kriptovalyuta birjası ən məşhur birjalardan sayılır. Milyonlarla istifadəçisi var. Birja artıq istifadəçilərinə Litecoin ilə əməliyyat reallaşdırmalarını təklif edir. Bu, Litecoin üçün uğurlu addımdır. “Gemini” böyük istifadəçi hovuzuna sahibdir və Litecoin-də əməliyyatların sayını artıracaq. Əməliyyat həcminin artması qiymətə müsbət təsir göstərə bilər.
Litecoin (LTC) kriptovalyutalar arasında 5-ci mövqedə qərarlaşır. Altcoin istifadəçilərin ehtiyaclarına cavab vermək və keçmişdəki problemlərini həll etmək üçün davamlı olaraq yenilənir.
Bu il Litecoin bütün altcoinlər kimi enişə məruz qaldı. Ancaq qiymət azalması digərləri ilə müqayisədə az idi. Litecoin-də müşahidə olunan bu qiymət hərəkəti nə qədər mənfəətli olduğunun digər sübutu kimi qiymətləndirilir. Mütəxəssislər bütün bunları nəzərə alıb, Litecoin-in gələcək üçün yaxşı investisiya vasitəsi olduğu qənaətinə gəliblər.