Ələt azad iqtisadi zonasında əmanətlərin sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliklərdə əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda icra qanunvericiliyi dəyişir
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik də təsdiqlənib. Beləliklə, Ələt azad iqtisadi zonasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində münasibətlər də “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.
Əmanətlərin sığortalanmasında – YENİLİK
19:03
28 Yan 2019