Azərbaycanda əhalinin banklara yatırdığı əmanətlərin həcmi kreditlərdən daha sürətlə artır.
Banklarda əhalinin əmanətləri - 18 milyard manata çatıb
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 iyul 2026-cı il tarixinə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 17 milyard 823,6 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artıb.
Bu dövrdə banklardakı kreditlər də artıb – DSK xəbər verir ki, 1 iyul 2026-cı il tarixinə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 33 milyard 881,1 milyon manata yüksəlib. Bu göstərici son bir ildə 12,1% artıb.













