2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,3 faiz təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
O bildirib ki, ötən il inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib: “Keçən il orta illik inflyasiya 2,3 faiz təşkil edib. 2018-ci ildə inflyasiya 6,8 faiz proqnozlaşdırılsa da, dövr ərzində manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması inflyasiyaya azaldıcı təsir edib”.
Eləcə də bax: "Hansı devalvasiyadan danışmaq olar?" – ELMAN RÜSTƏMOV - CANLI YAYIM