Dolların mühüm valyutalar qarşısında qiyməti, Bakı vaxtı ilə 15:30-da açıqlanacaq ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisindən sonra dəyişə bilər.
FED.az xəbər verir ki, Martda kənd təsərrüfatı xaric məşğulluq artımının 193 min səviyyəsində açıqlanması gözlənilir. İşsizlik faizinin isə 4,1%-dən
4%-ə geriləyərək 17 ilin aşağısı səviyyəyə düşəcəyi proqnozlaşdırılır.
"Wells Fargo"nun valyuta strateqi Erik Nelson Bloomberg-ə bildirib ki, əməkhaqqı və məşğulluq göstəricilərinin güclü açıqlanması, Fed-in bu il dörd dəfə faiz artıracağı ehtimalını artıraraq dolları dəstəkləyə bilər. Bu, dolların daha da bahalaşacağı mənasına gəlir.
Nelson, "Eyni zamanda, əgər rəqəmlər məyusluq yaradarsa, dolların aşağı istiqamətli hərəkət etməsi üçün artıq zəmin var",- şəklində fikir bildirib.