Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində valyuta satıb. FED.az xəbər verir ki, bu barədə fondun açıqlamasında bildirilir.
Eləcə də bax: Bələdiyyələrə 1 milyon ayrılır - YENİLİK
Satışlar kəskin artıb
Qeyd edək ki, bu ötən ilin yanvarı ilə müqayisədə 2,1 dəfə artıqdır.
FED.az xatırladır ki, 2018-ci ilin yanvarında Azərbaycan Dövlət Neft Fondu tərəfindən 299,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
2018-ci ilin dekabr ayı ərzində isə Fond 677,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Başqa sözlə, ötən ilin dekabrı ilə müqayisədə yanvarda valyuta satışı cüzi azalıb.