“Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin xidmət haqları əlçatan məbləğlərdə olacaqdır".
FED.az xəbər verir ki, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib.
“Tezliklə tarifləri portalda yerləşdirəcəyik”,- o deyib.
“Daşınar əmlakın yüklülüyü haqqında” qanunda göstərilib ki, yüklülük, yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə haqqında bildirişlərin reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat axtaran şəxsin sorğusu əsasında ona axtarışın nəticələrinə dair kağız daşıyıcılarda təsdiqlənmiş hesabatın verilməsinə görə haqq tutulur.
Xəbər veridiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası, kiçik müəssisələrin, ticarətçilərin və fermerlərin maliyyə ehtiyaclarını asan qarşılamaları üçün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini” təqdim edib. Reyestr https://mpcr.fimsa.az/ adlı portalda fəaliyyət göstərir.