Bu gün 66 milyon dollar satıldı - VALYUTA HƏRRACI 13:02 31 Okt 2024 31 oktyabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. FED.az xəbər verir ki, hərracda tələb 66 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.