Bu gün 76,2 milyon dollar satıldı - VALYUTA HƏRRACI 14:16 22 Avq 2024 22 avqust 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. FED.az xəbər verir ki, hərracda tələb 76,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.