Bu gün 69,18 milyon dollar satıldı - VALYUTA HƏRRACI 14:10 17 Sen 2024 17 sentyabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. FED.az xəbər verir ki, hərracda tələb 69,18 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.