11 İyun 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 64.5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.