Bu gün 55,2 milyon dollar satıldı - VALYUTA HƏRRACI 12:40 25 İyul 2024 25 iyul 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. FED.az xəbər verir ki, hərracda tələb 55,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.