Bu gün 49,2 milyon dollar satıldı - VALYUTA HƏRRACI 12:58 22 Okt 2024 22 oktyabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. FED.az xəbər verir ki, hərracda tələb 49,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.