"İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində yaradılmış Kiçik və Orta Biznes Fondunun nizamnaməsi hazırlanır".
FED.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, nizamnamədə Fondun fəaliyyət istiqamətləri, sahibkarların onun xidmətindən necə istifadə edəcəkləri öz əksini tapacaq.
"Bu fond ənənəvi maliyyə mənbələrindən fərqli olacaq", - deyə O.Məmmədov qeyd edib.