Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) kredit ittifaqları ilə birlikdə ölkə iqtisadiyyatına kredit qoyuluşu bu il fevralın 1-nə 413,9 mln. manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, kredit qoyuluşu aylıq müqayisədə 1,5%, illik müqayisədə isə 8,9% azalıb.
Hesabat tarixinə qeyri-bank maliyyə qurumlarının cəmi kredit qoyuluşunda xüsusi çəkisi 3,6% təşkil edib.