31 mart 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.9 mlrd. manat, cəmi öhdəlikləri isə 24.0 mlrd. manat təşkil edib. Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.6 mlrd. manat olub. 2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2.1% (591 mln. manat), öhdəlikləri 2.3% (576 mln. manat), kapitalı isə 0.4% (15 mln. manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,389 nəfər təşkil edib. Mart ayında bank sektorunda işçi sayı 0.4% və ya 58 nəfər artıb.
31 mart 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Bank sektorunun kapitalı 0,4% artıb
16:17
4 May 2018