Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə "Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında cari ilin 15 mart tarixində rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə bütün ölkə əhalisini əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılıb.
Eləcə də bax: Azərbaycanda kartla ödəniş edənlər dövlətdən - 30 MİN MANAT QAZANDI - ADLAR, SİYAHI
Tirajın keçirildiyi dövrdə Azərbaycan Republikası ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək, hər bir əməliyyata bir şans qazanıblar.
Tiraj Mərkəzi Bankda yaradılmış kənar təşkilatların nümayəndələrindən ibarət Tiraj Komissiyasının nəzarəti altında oynanılıb. Ümumilikdə tiraj dövrü olan fevral ayında lotereya şərtlərinə uyğun olan 274 617 ödəniş kartı ilə aparılıb 1 069 712 əməliyyat iştirak edib.
Lotereyanın uduş fondu birinci tiraj üzrə 600 qalibin hər birinə 50 (əlli) AZN təşkil etmişdir. Uduş haqda kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcəkdir.
"Kartla ödə, kartla qazan" Stimullaşdırıcı Lotereyasının - QALİBLƏRİ - SİYAHI
Azərbaycanda kartla ödəniş edənlər dövlətdən - 30 MİN MANAT QAZANDI - ADLAR, SİYAHI
17:13
19 Mart 2019