Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.
Bu barədə FED.az-a AMB-dən məlumat verilib.
Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.
Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6 % azdır.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.